• $
  • €
  • ₽
  • ₺
  • £

Rəngi getmiş piyada zolaqları - təhlükə mənbəyi

Rəngi getmiş piyada zolaqları - təhlükə mənbəyi
07.09.2016 09:12
Bakıdakı piyada zolaqları niyə rənglənmir?

Bakıda avtomobil yollarında piyada zolaqlarının silinməsi sürücülərin narazılığına səbəb olub. Hətta paytaxtın mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə görünmür. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur.

Görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında rənglənmir və bu prosesə hansı qurum nəzarət edir?

Ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, yollarda piyada zolaqları hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir: "Bu zolaqların müddəti bir ildir. Yəni, hər il bu zolaqlar yenilənməlidir. Amma, buna baxmayaraq, piyada zolağı silinərsə, yenidən rənglənməlidir”.

Ə.Hüseynov bildirir ki, yol nişanlarının rənglənməsinə nəzarəti qanunvericiliyə əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi həyata keçirməlidir. Amma, faktiki olaraq bu işi həm də "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir: "Hər iki qurum bu işə nəzarət etməli, yollarda piyada zolaqlarının rənglənməsini həyata keçirməlidir”.

Ekspertin sözlərinə görə, sürücülər piyada zolaqları ilə yanaşı, yol kənarında piyada zolağını göstərən nişanlara fikir verməli və həmin nişanlar üzrə hərəkət etməlidir. Amma, piyada keçidləri üçün nəzərdə tutulan yerlərdə yol nişanı ilə yanaşı, piyada zolaqlarının olması vacibdir. Əgər yol örtüyü təkmilləşdirilirsə, piyada zolağı ilin bütün fəsillərində tam standartlara uyğun olmalıdır. Hətta, qışda qar yağarkən piyada zolağı qarla örtülürsə, o müəyyən edilmiş müddətdə təmizlənməli, piyada zolağı görünməlidir”.

Ə.Hüseynov bildirib ki, yollarda texniki vasitələrin olmaması və ya qaydasında olmaması yollarda qəzalar və digər xoşagəlməz hallarla nəticələnir.

Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə Trend-ə bildirib ki, yollarda sürücü üçün əsas piyada zolaqları deyil, yol nişanlarıdır. Sürücü yol nişanlarına baxıb avtomobili həmin nişanlara görə idarə etməlidir: "Sürücü üçün əsas nişandır. Çünki sürücü nişanı xətdən əvvəl görür. Sürücü əvvəlcə qarşıda nizamlanmayan piyada keçidinin olması nişanını görməlidir. Həmin ərazidə piyada keçidi pozulsa da, sürücü avtomobili saxlayıb piyadaya yol verməlidir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol