• $
  • €
  • ₽
  • ₺
  • £

100-dən artıq şəxs böyrək köçürülməsi üçün növbə gözləyir - AZƏRBAYCANDA

100-dən artıq şəxs böyrək köçürülməsi üçün növbə gözləyir - AZƏRBAYCANDA
07.09.2016 23:54
"Azərbaycanda 100-dən artıq şəxs böyrək köçürülməsi üçün növbə gözləyir".

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov jurnalistlərə açıqlamasında deyib. Ş. Nəsirov deyib ki, xəstəxanada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur: "Uşaq uroloji şöbəsi üzrə isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyata məruz qalır".
 
Şöbə müdirinin sözlərinə görə, klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları da icra olunur. Böyrəkköçürmə sahəsində son 3 ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparıldıǧını deyən Ş.Nəsirov bildirib ki , hazırda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə gözləyir.
 
Ş. Nəsirov qeyd edib ki, böyrək köçürülməsi əməliyyatlarının müvəffəqiyyət göstəricisi dünya üzrə 95-97 faizdirsə, Azərbaycanda bu göstərici 92-95 faizdir: "Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb".
 
Şöbə müdiri bildirib ki, klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır. Böyrək xəstəliyinin cavanlaşması faktına toxunan Ş. Nəsirov deyib ki, bu, xəstəliklə anadan olan uşaqların müasir tibbi qayğı ilə uzun müddət yaşaması hesabına baş verir. Hansı ki, bu uşaqlar əvvəllər anadan olan kimi ölürdülər. Digər tərəfdən isə müasir diaqnostik imkanlar inkişaf etdiyindən cavan yaşda aşkar oluna bilməyən böyrək xəstəlikləri indi aşkarlanır.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol