• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxı Astrofizika Rəsədxanasından bürclərin yerlərinin dəyişməsinə münasibət

Şamaxı Astrofizika Rəsədxanasından bürclərin yerlərinin dəyişməsinə münasibət
08.09.2016 16:06
"Nə ulduzlar, nə Günəş sistemi, nə də bürclər yerini dəyişib. Bürclərin varlığı qəbul olunan vaxtdan Günəş sistemi 13 bürcdən keçir".

Bunu "Report"a açqılamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

O bildirib ki, səmada bürclər yerini dəyişməyib, sadəcə 13-cü bürcü insanlar tərəfindən qəbul olunmuş sistemə daxil etdikdə bürclərlə bağlı tarix dəyişir: "13-cü bürc hər zaman olub. Ancaq bürcləri aylar üzrə götürmək daha rahat olduğu üçün 12 bürc kimi qəbul olunub. Əslində isə əqrəb bürcündən sonra Günəş sistemi 13-cü - ilandaşıyan bürcündən keçir. Sadəcə olaraq ilandaşıyan bürcünün vaxtı az olduğundan bürclər sistemində adı çəkilmir, 12 bürcün adı vurğulanılr. 13-cü bürcü həmin siyahıya saldıqda isə avtomatik olaraq bürclərin tarixi dəyişir".

X.Mikayılov onu da bildirib ki, Günəş sisteminin bürclərdən keçmə müddəti fərqlidir. Belə ki, hər bürcün müddəti indi qəbul edildiyi kimi 1 ay deyil, 20 və ya 40 gün çəkə bilir.
Xatırladaq ki, sosial şəbəklərdə ulduzların Yer kürəsinə görə istiqamətlərini dəyişdiyi və bu səbəbdən bürc tarixləri dəyişdirildiyi bildirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol