• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda anemiya ilə xəstələnmə halları artır

Azərbaycanda anemiya ilə xəstələnmə halları artır
12.09.2016 19:09
Azərbaycanda əhalinin anemiya ilə xəstələnməsi halları artır.

Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 45 798 nəfər ilk dəfə qoyulmuş anemiya diaqnozu ilə qeydiyyata alınıb. 2014-cü ildə isə bu rəqəm 43 730, 2013-cü ildə 37 435, 2012-ci ildə isə 35 042 olub.

Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 402,7, 2015-ci ildə isə 480,6 nəfər olub.

Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı artır.
2011-ci ildə Azərbaycanda İlk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018 nəfər olub.

Ölkədə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək uşaqların da sayı çoxalıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinə düşən anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı 969,2 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 1087,7-ə yüksəlib.

Ötən il ölkədə 353 uşaqda yod çatışmazlığı, 35 uşaq A vitamini çatışmazlığı, 723 uşaqda isə boy atmanın ləngiməsi və zəiflik diaqnozu qeydə alınıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol