Müəllif Hüquqları Agentliyinin kollegiyasında dəyişiklik

Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.
"Report"un xəbərinə görə, dəyişikliklə kollegiya üzvlərinin sayı 5-dən 6-ya çatdırılıb.
Qərarla Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Rövşən Nəsirov kollegiyanın üzvü təyin olunub.
Bundan başqa, Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli kollegiya üzvlüyündən çıxarılıb. Onun yerinə Nadirə Bədəlbəyli təyin edilib.
www.ann.az
Son xəbərlər 
Daha çox 























