• $
  • €
  • ₽
  • ₺
  • £

Siqareti atmağın asan yolları

Siqareti atmağın asan yolları
15.09.2016 09:54
10 addımla bu istəyinizə daha tez nail ola bilərsiniz. Siqaret insan orqanizmi üçün ən təhlükəli vərdişlərdən biridir. Bu gün yüzlərlə insan bu ziyanı anlasa da, siqaret çəkmək vərdişindən əl çəkə bilmir. Bunun üçün aşağıdakı məsləhətlərə əməl etsəniz, buna daha tez nail ola bilərsiniz.

Özünüzə güvənin. Əsas odur ki, siqareti tərk edə biləcəyinizə inanın. İlk olaraq siqareti atmaq səbəblərini və əldə edəcəyiniz qazancları yazın. Məsələn, daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq, pis qoxumamaq. Yazdığınız qeydləri hər gün oxuyun.

Deyerler.org bildirir ki, ailənizdən və dostlarınızdan sizin qərarınızı dəstəkləmələrini və kömək etmələrini istəyin. Siqareti atdığınız ilk günlərdə müəyyən çətinliklərlə üzləşəcəksiniz. Onlardan sizə qarşı daha səbrli olmalarını istəyin.

Siqareti atmaq üçün dəqiq bir gün təyin edin. Bu günün yeni həyatınızın başlanğıcı olduğunu düşünün.

Özünüz üçün xüsusi idman proqramı hazırlayın. İdman siqareti unutmaq üçün yaxşı vasitədir. Bundan əlavə idman stressi azaldır, siqaretin bədəninizə vurduğu ziyanları aradan qaldırmağa yardım edir. Daha yaxşı olar ki, həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olun.

Hər gün 3-5 dəqiqə nəfəs idmanı edin. Gözlərinizi yumun, burnunuz ilə dərindən nəfəs alın, nəfəsinizi bir necə dəqiqə saxlayın və yavaş-yavaş ağızla verin. Hər dəfə siz bu yolla daha təmiz nəfəs aldığınızın şahidi olacaqsınız.

Siqareti tamamilə atacağınızı təyin edəcəyiniz günə kimi müəyyən addımlar atın. Məsələn, siqaretdən gündəlik istifadəni azaldın. Hər gün başqa markalı siqaretdən istifadə edin.

Dişlərinizi tez-tez təmizləyin.

Çoxlu su için. Su hər mənada bədən üçün faydalıdır. Su bədəndən nikotin kimi zərərli maddələrin çıxarılmasına kömək edir. Su iştahı da azaldır.

Ağızınızdakı boğulma hissini aradan qaldırmaq üçün bir iş tapın. Məsələn, saqqız çeynəyin, su işin, qoz-fındıq yeyin və s.

Siqareti tərk edəndən sonra özünüzü mükafatlandırın.

Unutmayın ki, siz siqareti atmaqla çox şeyə nail olacaqsınız, ən əsası isə sağlam həyata...

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol