• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən paytaxt sakinlərinə MÜRACİƏT

Yol polisindən paytaxt sakinlərinə MÜRACİƏT
15.09.2016 16:37
Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb.
 
"Report” xəbər verir ki, bunu nəzərə alaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə nümunə olmağa çağırır.

İdarənin müraciətində deyilir: "Hörmətli sakinlər, unutmayın ki, siz piyada qismində hərəkət edərkən yol hərəkəti iştirakçıları arasında ən zəifi hesab edilirsiniz və bu zəiflik insanın fiziki və ya zehni imkanları ilə ölçülmür. Sadəcə piyada yolun hərəkət hissəsinə çıxarkən hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşa biləcək real maneə olduğu üçün hərəkət edən ağır metal kütləsi ilə müqayisədə həddən artıq zəifdir.

Təəssüflə qeyd etməliyik ki, hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu, təxminən 55%-i piyadaların vurulması ilə bağlı olur və bu qəzaların əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir. Baxmayaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidləri mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozur, nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar.

Bəziləri yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda suçlayırlar. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir və unutmaq lazım deyil ki, sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

Aparılan təhlillər, ictimai qurumlar, qeyri hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qayda pozan hərəkət iştirkçıları arasında müxtəlif yaş həddində olan insanlar var və onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqumenti ya tələsməkdir, yaxud diqqət yetirməmək. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında azyaşlı uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur.

Hörmətli hərəkət iştirakçıları, bir daha yaşından, hayatda tutduğu müvqedən asılı olmayaraq hər bir kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir, bu qaydaların insan həyatının qorunması üçün nə qədər vacib və əhəmiyyətli olmasına diqqət yertirməyə çağırır və xahiş edirik ki, özünüzün, doğmalarınızın həyatının qorunması üçün bu çağırışımıza düşünülmüş şəkildə yanaşasınız”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol