• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəbli qızlar niyə aborta gedib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda məktəbli qızlar niyə aborta gedib? - RƏSMİ AÇIQLAMA
16.09.2016 12:02
"Aborta gedənlər arasında məktəbyaşlı qızların olmasının müxtəlif səbəbləri var və burada ilk növbədə məsuliyyət valideynin üzərinə düşür”.
 
ANN.Az-ın AzVision.az-a istinadən məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Komitə rəsmisi qeyd edib ki, ötən il 15-17 yaş arasında 50 qızın aborta getməsi müşahidə edilmişdisə, 2014-ci ildə isə bu rəqəm 88 olub.
 
"Əvvəlki illə müqayisədə azalma var. Burada əsas məsuliyyət valideynin üzərinə düşür. Belə ki, valideyn uşağının təhsilinə, sağlamlığına, onun maraq dairəsi və əlavə məşğul olduğu məsələlərə, dostlarına nəzarət etməli, onu düzgün istiqamətləndirməlidir. Təəssüflər olsun ki, bir çox hallarda biz bunun əksinə rast gəlirik. Bu da xoşagəlməz hallarla nəticələnir. Bu istiqamətdə valideynlərin və yeniyetmələrin maariflənməsinə ehtiyac vardır. Komitəmiz bununla əlaqədar silsilə tədbirlər həyata keçirir. Biz ayrı-ayrı illərdə Dövlət Statistika Komitəsi və BMT-nin Uşaq Fondu ilə birgə tədqiqat işləri, təhlillər aparırıq, problemi araşdırırıq. Bununla əlaqədar müəyyən təklif və tövsiyyələr hazırlanıb. Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşı 18-ə qaldırılıb. Cinayət Məcəlləsində isə nikaha məcburetməyə görə xüsusi maddə əlavə edilib. Biz müxtəlif sahənin mütəxəsisləri- din xadimləri, həkimlər, müəllimlər, hüquq- mühafizə strukturlarının nümayəndələri ilə birgə təbliğat işləri aparırıq”.
 
A.Veysəlova məsləhət görür ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etsinlər: "Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”.
 
Qeyd edək ki, ötən il 20 yaşa qədər 1535 qadın aborta gedib. Bunlardan 50 nəfəri 15-17 yaş arası yeniyetmə qızlar, 1485 nəfəri isə 18-19 yaş arası qızlardır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol