• $
  • €
  • ₽
  • ₺
  • £

“Fəvvarələr" meydanında açıq havada konsert olacaq

“Fəvvarələr" meydanında açıq havada konsert olacaq
17.09.2016 21:02
Sabah Azərbaycanda "Avropa İrs Günləri” layihəsinin qeyd edilməsi münasibətilə açıq hava konserti təşkil olunacaq.

ANN.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakıda ilk dəfə olaraq "Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə şəhərin mərkəzində - "Fəvvarələr" meydanında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği, eləcə şəhər sakinlərinin istirahət günlərində asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaq.

Nəzərdə tutulmuş proqrama əsasən konsertdə dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adigözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhbrətli əsərlərindən parçalar səsləndirəcək.

Eyni zamanda "Avropa İrs Günləri"nin konsepsiyasına uyğun olaraq, klassik Avropa bəstəkar musiqilərinin tanıdılması məqsədilə Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcək. Drijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə, bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcək.

Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

Konsert saat 15:30-da başlayacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol