Bakı metrosunda Milli Musiqi Günü qeyd olundu

18 sentyabr dahi bəstəkar, ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəyovun doğum günüdür.
ANN.Az xəbər verir ki, məhz bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.
Ölkədə Milli Musiqi günü tədbirlərinin keçirilməsinə Bakı Metropoliteni də biganə yanaşmayıb. Belə ki, bu gün metronun Elmlərlər Akademiyası stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərləri səsləndirilib.
Bakı Metropilteninin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində başlayanan tədbir, 12:15-də "28 May" stansiyasında 13:30-da "İçərişəhər" stansiyasında hər biri 2 saat olmaqla davam edəcək.
Orxan Aslanlı
Son xəbərlər 
Daha çox 























