• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi fənlərin dərs saatları niyə azaldılıb? - Nazirlik açıqladı

Bəzi fənlərin dərs saatları niyə azaldılıb? - Nazirlik açıqladı
20.09.2016 10:10
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə bəzi fənlərin - "Gənclərin çağırışaqədərki hazırlığı"nın və "İnformatika"nın dərs saatlarının azaldılması, "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin dərs saatının azaldılması hesabına XI siniflərdə "Musiqi" fənninin tədrisinə başlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

ANN.Az Trend-ə istinadən bildirir ki, "Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında" təhsil nazirinin 22 iyun 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş X-XI siniflər üçün tədris planlarında "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisinə həftədə 2 saat vaxt ayırılıb. Bu da ötən illərdə olan saatların miqdarı ilə eynidir.

"Musiqi" fənni ümumtəhsil məktəblərinin I-IX siniflərində, "Gənclərin çağırışaqədərki hazırlığı" fənni isə X-XI siniflərdə tədris olunur. Bu səbəbdən bu fənlərdən hər hansı birinin saatının digərinə verilməsi qeyri-mümkündür.

Nazirlikdən bildirilib ki, I-XI siniflər üçün tədris planlarında "İnformatika" fənninin tədrisinə bütün siniflərdə həftədə 1 saat vaxt ayrılıb: "Bildiririk ki, bu fənn I sinifdən etibarən tədris olunur. Mütəxəssislər tərəfindən tərtib olunmuş fənn proqramında şagirdlərin 11 il ərzində fənn üzrə zəruri bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulub".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol