• $
  • €
  • ₽
  • ₺
  • £

Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçiriləcək

Xalça Muzeyində  “Ailə günü” adlı tədbir keçiriləcək
20.09.2016 17:05
Sentyabrın 24-də  Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin "Açıq qapı” günü çərçivəsində "Ailə günü” adlı tədbir keçıriləcək.

"Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində "Ailə günü” tədbirinin hər ayın son şənbəsi "Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

"Ailə günü” adlı tədbirdə "Hemofiliya və talassemiya” pasientləri tam olaraq ödənişsiz iştirak edə bilərlər. Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. 

İştirakçılara tədbirdə boşqab üzərində rəsm çək, dibçək qablarını rənglə, qolbaq düzəlt, "Tilda” kuklasını yarat, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırlayaq, çay daşları üzərində rəsm çək, öz xalçanı yarat (kompyuter oyunu), pazlı yığ, mini-ekskursiyalar (geyim və tikmə; xalça məmulatları, saxsı və mis qablar; xalçalar üzərində zərdüşlük motivləri), nağıl saatı – uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Nağıl qəhrəmanı ilə əylən, Azərbaycan cizgi filmləri və HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat - psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması və digər bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Həmçinin məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkmək imkanı olacaq və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlanacaq.  


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol