• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Azərbaycandakı səfiri ADU-da oldu - FOTOLAR

ABŞ-ın Azərbaycandakı səfiri ADU-da oldu - FOTOLAR
28.09.2016 19:31
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində (TGT) Tələbə Diplomatlar Klubu (TDK) tərəfindən  1 aprel  2015-ci il tarixindən start verilmiş "Səfirdən Gələcək Səfirlərə” layihəsi davam edir. 

Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov "Səfirdən Gələcək Səfirlərə” layihəsinin yeni tədris ilindəki ilk qonağı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul etdi.

 Qonağı salamlayan professor D.Yunusov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, bu il universitetdə təhsil alan tələbələrin sayının 7000-ə çatdığını qeyd etdi. Belə görüşlərin ikitərəfli əlaqələri daha da möhkəmləndirdiyini deyən professor D.Yunusov Diplomatlar klubunun fəaliyyətini yüksək qiymətləndirdi. O, klubun "Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində müxtəlif ölkələrin səfirləri ilə silsilə görüşlər təşkil etdiyini vurğulayaraq bunun universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini sözlərinə əlavə etdi.

Səmimi qəbula görə təşəkkür edən səfir Robert Sekuta tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirdi. O, təhsil sahəsində olan əməkdaşlığın ikitərəfli əlaqələrdə böyük önəm daşıdığını söylədi. 

Görüşdən sonra Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekuta universitet tələbələri ilə görüşdü.
 
Tələbələri salamlayan səfir universitet rəhbərliyi başda olmaqla görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdi. 

"Amerika diplomatiyasının xarakterik xüsusiyyətləri” haqqında tələbələrə məlumat verən səfir diplomatların öz ölkələrini təyin olunduqları ölkədə təmsil etdiklərini bildirdi. O, diplomatiyanın əsas məqsədinin dövlətləararsı münasibətlərin yaranması, inkişafı və pozulma prosesinin öyrənməkdən ibarət olduğunu vurğuladı.

Görüş çərçivəsində səfir Robert Sekuta "ABŞ-ın müasir dövrdə sülhməramlı mövqeyi”, "ABŞ-ın beynəlxalq və regional təşkilatlarda rolu”, "ABŞ diplomatiyası hansı növ diplomatik əlaqələrin inkişafına önəm verir?”, "Amerika diplomatiyasının tarixi kökləri, qədim və müasir dövr diplomatiyasının fərqli cəhətləri” mövzularında çıxış etdi.

Sonra ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. O, belə görüşlərin davamlı olacağına ümid etdiyini vurğuladı.

Daha sonra Diplomatlar klubunun sədri Ramin Həbibzadə qonağa dəvəti qəbul edib gəldiyi üçün tələbələr adından təşəkkürünü bildirdi.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəkilinin çəkilməsi ilə yekunlaşdı. 

Qeyd edək ki, tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın xanımı Anna Sekuta da iştirak edirdi.
 
 







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol