• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar arasında yayılan qripin səbəbləri AÇIQLANDI

Uşaqlar arasında yayılan qripin səbəbləri AÇIQLANDI
28.09.2016 13:03
Hazırda ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir.
 
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Modern.az-a açıqlamasında xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı oldğunu deyib:
 
"Azyaşlılar arasında müşahidə olunan qrip, soyuqdəymə halları mövsümi xarakter daşıyır. Uşaqlarda mövsümlə bağlı xəstəliklər var. Yəni hər dəfə fəsil dəyişəndə, xüsusilə də yaz və payız aylarında bu daha çox müşahidə edilməyə başlayır.
 
Ümumi şəkildə isə bunu soyuqdəymə adlandırırlar”.
 
Baş pediatr digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib:
 
"Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir.
 
Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır. Ona görə də xəstəliklərin sayı artır. Amma şükürlər olsun ki, uşaqlar arasında virusun törətdiyi qrup şəklində, ağır xəstələnmə, epidemiya yoxdur”.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol