• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx: "Aşura günü yürüşlərin keçirilməsi qadağandır"

Şeyx: "Aşura günü yürüşlərin keçirilməsi qadağandır"
03.10.2016 17:32
"Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun hesab edilmir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır".

"Report"un Cənub bürosunun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu" mövzusunda regional konfransda deyib.

Şeyxülislam bildirib ki, dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək: "Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək".

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq, dövlətin əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından danışıb. 

M.Qurbanlı bildirib ki, dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlığın Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib: "Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bununla yanaşı Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini - əxlaqi məsələlərinə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol