• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qida əlavələrinin reklamı ilə bağlı YENİ TƏLƏB

Azərbaycanda qida əlavələrinin reklamı ilə bağlı YENİ TƏLƏB
05.10.2016 09:36
Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat vermədən reklam edənlər cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Yeni dəyişikliyə əsasən, belə reklamlara görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Dəyişiklik bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə görə məsuliyyət yaratmaq məqsədilə təklif edilir.

"Dərman vasitətələri haqqında" qanuna yeni təklif edilən dəyişiklik və əlavələrə görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir.

Bioloji fəallığa malik qida əlavələrininin həkim reseptinə yazılması qadağandır.

Qanun layihəsinə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol