• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Beynəlxalq Təhsil Sərgisi başlayır

Sabah Beynəlxalq Təhsil Sərgisi başlayır
06.10.2016 14:14
Oktyabrın 7-dən etibarən "Baku Expo" Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə 10-cu Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayır. 

ANN.Az xəbər verir ki, bunu bu gün sərgi ilə bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş üzrə sektor müdiri Cəsarət Valehov deyib. 

Sektor müdirinin sözlərinə görə, bu Təhsil Nazirliyinin rəsmi dəstəyi və işti­rakı ilə təşkil olunan yeganə tədbirdir: "Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayənd­ələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu m­üddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar".

"Müxtəlif layihələrdə olan brendlərini də sərgidə görmək mümkün olacaq. Bu il həm də Azərbaycanda yeni fəaliyyətə başlayan UFAZ Universitetinin stendləri də əks olunacaq. Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir" - deyə C.Valehov əlavə edib.

Mətbuat konfransında iştirak edən "Caspian Event Organi­sers" şirkətinin icraçı direktoru Bəhruz H­idayətzadə qeyd edib ki, bu il sərgidə 14 ölkədən 118 müəssisəsə iştirak edəcək: "Bütün təhsil sahəsinin mərhələlərini əhatə edəcək sərgidə Azərbaycan universitetləri aktiv iştirak edəcək.

"Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhs­il müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər" -deyə icraçı direktor əlavə edib.

Orxan Aslanlı
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol