• $
  • €
  • ₽
  • ₺
  • £

Məscidlərdə “Skype” vasitəsilə xütbə və moizələr dinləniləcək - AZƏRBAYCANDA

Məscidlərdə “Skype” vasitəsilə xütbə və moizələr dinləniləcək - AZƏRBAYCANDA
07.10.2016 20:31
Azərbaycanda məscidlərdə xütbələrin və moizələrin on-line dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə "Skype” quraşdırılacaq.
 
Qafqaz Müsəlmanları idarəsindən (QMİ) APA-ya verilən məlumata görə, artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb. Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmək imkanı əldə edəcək. Məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da APA-ya bildirib ki, onlar da bu ideyanı dəstəkləyir və bu artıq başqa ölkələrdə tətbiq olunur: "Maraqlı ideyadır. Kim istəməz ki, gedə bilmədiyi halda hansısa məsciddə savadlı bir axundun və ya imamın moizəsini dinləsin”.
 
Komitə sədri deyib ki, QMİ xütbələr haqqında kitab hazırlayıb və hər yerdə ondan istifadə olunur: "Yeni xütbə kitabçaları üzərində də iş gedir, komissiya üzərində işləyir”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol