• $
  • €
  • ₽
  • ₺
  • £

Beyləqanda evin içindən naməlum heyvanın skeleti tapıldı - Video

Beyləqanda evin içindən naməlum heyvanın skeleti tapıldı - Video
09.10.2016 13:47
Beyləqan rayonunun Aşıqalılar kənd sakini Qəhrəman Mehdiyevə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

"Qafqazinfo”ARB TV-yə istinadən xəbər verir ki, heyvan skeleti evdə təmir işləri aparılarkən aşkar olunub. Kənd sakinlərindən birinin bildirdiyinə görə, heyvanın sümüyünün bir hissəsində qalan dəri parçası onun yaxın zamanlarda öldüyünə dəlalət edir.

Burada əsas diqqət çəkən məqam isə onun qabaq ayaqlarının olmamasıdır. Alt və üst çənədəki ön dişlərdən onun yırtıcı olması da ehtimal edilir. Lakin ayağın pəncə hissəsində caynaqlar yoxdur. "Əvvəlcə evdən qoxu gəlib. Döşəməni sökəndən sonra görüblər ki, orada bir heyvan skeleti var”- deyə Beyləqan rayonunun Aşıqalılar kənd sakini Baxış Novruzov vurğulayıb.

Sakinlər bildirirlər ki, bu günə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər. Buna görə də onun hansı heyvan olduğunu müəyyənləşdirmək çətindir. Beyləqan Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə skeletin uzunluğu 30 santimetrdir. Onun iki arxa ətrafı, 14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var.

İdarədən verilən məlumata görə, aşkar edilən skelet barədə daha dəqiq sözü yalnız mütəxəssislər deyə bilərlər.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol