• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün bir xurma yeyin! - FAYDALARI

Hər gün bir xurma yeyin! - FAYDALARI
11.10.2016 15:15
Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? O zaman gəlin birlikdə öyrənək. Aile.lent.az sizə xurmanın tərkibində olan vitaminlər haqda bilgi verəcək.
 
Xurma yüksək qida dəyəri olan meyvədir. Bir çox xəstəlikləri müalicə edir, həmçinin onda orqanizmə faydalı mikroelementlər var. Nə qədər gec deyil, bu meyvədən mövsümündə yararlanın və hər gün birini yeyin!
 
Xurmanın tərkibi C və A vitaminləri ilə zəngindir. Vitamin C immuniteti artırır, soyuqdəyməni azaldır. Bundan başqa bu vitaminlər dərini yaxşılaşdırır, kapilyar damarları möhkəmləndirir. Vitamin A isə öz növbəsində zehni möhkəmləndirir, qocalmanın qarşısını alır.
 
Xurmanın tərkibində dəyərli minerallar var. Kalsium sümük, diş, saç və dırnaqları möhkəmlədir, kalium isə orqanizmdə duz dövranını tənzimləyir. Bundan başqa xurmanın tərkibində qan yaradan dəmir də var.
 
Xurma insan orqanizmində metabolik prosesləri gücləndirir.
 
Həzmə kömək edir. Tərkibində həzmi sürətləndirən bakteriyalar var. Buna görə də həkimlər pəhriz zamanı xurmanı məsləhət görürlər. Hətta uşaqların məktəb çantasına almayla yanaşı bir dənə də xurma qoyulması faydalıdır.
 
Ürək-damar xəstəliklərində xurma bir nömrəli meyvədir. Aterosklerozun, varikoz-damar genişlənməsinin qarşısını alır, sümüyün möhkəmlənməsində xeyirlidir.
 
Təbii sidikqovucudur. Böyrək xəstələri xurmanı bol-bol yesinlər.
 
Uşaqlara xurma neçə yaşından verilməlidir?
 
Rus pediatrlar uşaqlara xurmanı iki yaşından tez verilməsinə qarşıdırlar. Onların fikrincə, xurmanın tərkibində bəzi elementlər var ki, gec həzm olunur. Bu da körpə mədəsinə zərər verə bilər. İki yaşından sonra isə uşağa əvvəlcə xurmanın 15-i verilməlidir. Sonra yavaş-yavaş miqdarı artırmaq olar. Lakin gün ərzində bir dənəni keçməmək şərtiylə.//lent.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol