• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilləri Cavid Hüseynovun azadlığa çıxmasına münasibət bildirdi

Millət vəkilləri Cavid Hüseynovun azadlığa çıxmasına münasibət bildirdi
14.10.2016 11:33
Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən futbolçu Cavid Hüseynov oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. 

ANN.Az məhkəmə qərarına millət vəkilləri Aydın Mirzəzadə, Yevda Abramov, Fərəc Quliyev,  Aqil Abbas, Hikmət Məmmədov və Məlahət İbrahimqızının münasibətlərini öyrənib. 

"Cavid Hüseynov həyatı boyu çiyinlərində Rasim Əliyevin ölümünü  ağır bir yük kimi daşıyacaq" – Aydın Mirzəzadə



Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə jurnalistlərə qarşı törədilən cinayətlərin ikiqat yolverilməz olduğunu deyib: 

"Mətbuat cəmiyyətin güzgüsüdür. Jurnalistlərə qarşı zorakılıq faktları ümumiyyətlə yolverilməzdir. Bu baxımdan, jurnalist Rasim Əliyevin ölüm hadisəsi cəmiyyətdə böyük əks-səda doğurdu. Məhkəmə qərarına əsasən, futbolçu Cavid Hüseynov Rasim Əliyevin qətlini bilib, xəbər verməyib. Buna görə də, o, cəzasız qala bilməzdi". 

"Oktyabrın 12-də onu azadlığa buraxdılar. Məhkəmə qərarı müzakirə ediləsi məsələ deyil. Hansı səbəblərə görə azadlığa buraxılması məhkəmənin işidir. Rasim Əliyevin ölümü Cavid Hüseynovun həyatı boyu çiyinlərində ağır bir yük kimi daşınacaq. Bu futbolçu üçün mənəvi bir məsələdir", - deyə Aydın Mirzəzadə bildirib.

"Futbolçunu həbsdən azad ediblər, elə-belə səbəbsiz buraxmayıblar ki?" – Yevda Abramov



İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramovdan millət vəkili olaraq məsələyə münasibət öyrənmək istəsək də, deputat suala cavab verməkdən yayındı:

"Bu məsələni penitensiar xidmətdən, məhkəmədən soruşun. Millət vəkili olaraq bizdən o vaxt açıqlama ala bilərdiniz ki, futbolçunu həbs etməzdilər. Biz də o zaman suala cavab verərdik. Futbolçu azadlığa buraxılıbsa, bu, artıq bizim işimiz yox, dövlətin işidir. Deyirsiniz ki, həbsdən azad ediblər, elə-belə, səbəbsiz buraxmayıblar ki?" 

"İnanıram ki, bundan sonra cəmiyyət üçün yararlı adam olub, milli komandaya qayıdacaq" – Fərəc Quliyev



"İnanıram ki, Cavid Hüseynov bundan sonra cəmiyyət üçün yararlı adam olub, milli komandaya qayıdacaq."- Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev.

"Məhkəmə qərarı ilə futbolçuya verilən cəzanın 1 il yarım müddəti bitib və azadlığa çıxıb. O adam da həbsxana şəraitində il yarım qalıb. Cavid Hüseynovun jurnalistin ölmündə əli olmayıb. Sadəcə olaraq, xəbəri olub, gizlətmə maddəsi ilə ittiham olunub. Hər halda, cəzasını çəkib və azadlığa çıxıb. İnanıram ki, bundan sonra cəmiyyət üçün yararlı adam olub, milli komandaya qayıdacaq".

"Bu adam ömür boyu həbsxanada yatmalı deyil ki?" – Aqil Abbas
 


Deputat Aqil Abbas Rasim Əliyevi öldürənlərin hamısına layiqli cəza verildiyini diqqətə çatdırdı: 

"Jurnalist Rasim Əliyevin ölümü ağır dərddir. Ölüm faktı ilə əlaqədar 5 nəfər də layiqli cəzalarını alıblar. Cavid Hüseynova verilən maddə də cinayəti bilib xəbər verməməkdir. Bu maddənin də cəzası səhv etmirəmsə, 3-4 ildir. Dünən də məhkəmə qərarı ilə futbolçunu azadlığa buraxdılar". 

"Dünəndən baxıram çox adam deyir ki, Cavid Hüseynovu niyə buraxdılar? Sanki hamı insanları məhv etmək üçün dəridən-qabıqdan çıxır. Bu adam ömür boyu həbsxanada yatmalı deyil ki? O da insandı. Hələ jurnalist xəstəxanada olanda futbolçu onun yanına gedib, maraqlanıb, mehriban söhbət də ediblər. Rasimin nədən öldüyü hələ heç dəqiq deyil. Ölüm faktında tibb işçiləri də günahkardır. Belə bir hadisədən sonra indi də onu həbsxanadan azad ediblər. İndi nə deyirsiz, qaytarıb yenidən tutaq? 1 il yarım cəzasını çəkib, çıxıb. İl yarım da yatıb 3 il olanda  ağıllanacaq ki? Hakimlər heç vaxt qanundan kənara çıxmırlar, yəqin ki, azyaşlı qızının varlığını, gənc insan olmasını və digər faktları nəzərə alıb işini yüngülləşdirib həbsdən azad ediblər. Hakimin qanundan kənara çıxması mümkün deyil", - deyə millət vəkili əlavə edib.
 
Hikmət Məmmədov - millət vəkili
 

Məlahət İbrahimqızı - millət vəkili 
 
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov və Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı futbolçu Cavid Hüseynovun azadlığa buraxılmasının məhkəmə səviyyəsində həll edildiyini əsas gətirərək açıqlama verməkdən imtina ediblər. 
 
Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Mərhum avqustun 9-da müalicə aldığı Bakı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Orxan Aslanlı
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol