• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirli bərbərin qeyri-adi istedadı - VİDEO

Kürdəmirli bərbərin qeyri-adi istedadı - VİDEO
13.10.2016 20:27
Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.

ANN.AZ ARB TV-yə istinadən xəbər verir ki, o deyir ki, birinci əl işi 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırladığı ev maketidi. 4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidi. Arzu Səlimov bildirib ki, bu işlə 2 ilə yaxındır məşğul olur.

Arzu Səlimov: "Stəkan-nəlbəki maketinə 20 paçka işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm".

Əsl sənəti bərbərlik olan Arzu deyir ki, maket hazırlamaqla, əsasən, boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.

Arzu Səlimov bildirir ki, bəzi insanlar hazırladığı maketləri almaq üçün ona pul da təklif ediblər. Lakin o, bu vaxtadək zəhmətinin məhsulu olan əl işlərini satmaq barədə düşünməyib, amma bəzi maketləri yaxınlarına hədiyyə edib.

Arzu Səlimov: "İndiyə qədər kibrit çöpündən 10-a yaxın ev düzəltmişəm. Onlardan pay verdiklərim də olub. Kalçuk qabından düzəltdiklərimi arada dost, tanış, qohumlara vermişəm. Evdə qalan bunlardı".

Arzu Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol