• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?

Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
17.10.2016 10:06
Noyabrın 1-dən Bakı və Abşeronda, dekabrın 1-dən isə respublika üzrə analoq yayımın dayandırılması və tam olaraq rəqəmli yayıma keçid planlaşdırılır.

Milli Televiziya və Radio Şurasının Texniki şöbəsindən Trend-ə bildirilib ki, rəqəmli yayımın analoq yayımla müqayisədə bir çox üstünlükləri var. İlk növbədə səs və görüntü rəqəmli yayımla daha ketfiyyətli ötürülür: "Məsələn, analoq yayım zamanı dağlıq ərazilərdə və ya hündürmərtəbəli binaların olduğu ərazilərdə siqnalın səviyyəsi dəyişir. Dağ və yaxud da hündürmərtəbəli bina dalğanın qarşısını kəsir. Bu da həm səsin, həm də görüntünün keyfiyyətsiz olmasına səbəb olurdu. Ancaq rəqəmli yayımda keyfiyyətsiz siqnal olmur. Ya siqnal tam keyfiyyəti ilə gedir, ya da getmir".

Şöbədən həmçinin bildirilib ki, rəqəmli yayımın ən böyük üstünlüklərindən biri yayımı paket şəklində həyata keçirməkdir: "Analoqda belədir ki, hər kanal üçün bir tezlik ayrılır. Ancaq rəqəmli yaymda bir tezlikdə paket şəklində 10 kanal yerləşdirmək mümkündür. Bunun həm iqtisadi, həm enerji tələbatı və digər cəhətlərdən üstünlükləri var".

Texniki şöbədən o da əlavə olunub ki, respublika üzrə analoq yayım dayandırıldıqdan sonra da kabel televiziyalarında analoq yayım davam edəcək. Yəni kabel televiziyaları həm rəqəmli, həm də analoq yayımı həyata keçirəcəklər.

Çünki kabel yayımçıları siqnalı qəbul edir, sonra onu formalaşdırıb paket halına salır, həm analoq, həm də rəqəmli formada ötürə bilir. Kabel televiziyaları abonentləri ilə də müqavilə bağlayanda rəqəmli və analoq yayımın həyata keçirilməsini təklif edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol