• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda 10 yaşayış məntəqəsini birləşdirən yol tikilir

Sabirabadda 10 yaşayış məntəqəsini birləşdirən yol tikilir
17.10.2016 19:34
Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi uğurla davam etdirilir.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni (yol yatağı) 10 metrdir.

Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum-çınqıl və  optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə 43 km-lik yolun 258 min kvadratmetr sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub.

Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

Qeyd edək ki, avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inkişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol