• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO

Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO
28.05.2020 18:48
Qərb bölgəsinin dağlıq rayonlarına yağan qar fəsadlara yol açıb.

ARB Kəpəz xəbər verir ki, təbiət hadisəsinin hələ də davam etməsi bərpa işlərinin həyata keçirilməsində çətinlik yaratsa da, işlər dayandırılmır.

Yağmaqda davam edən qar Daşkəsəndə elektrik və rabitə xətlərini sıradan çıxarıb. Rayon mərkəzinə elektrik enerjisinin verilişində qısa fasilə yaransa da, dirəklərin aşması və naqillərin sıradan çıxması 20-yə yaxın kəndi işıqsız qoyub.

Rayon mərkəzinə 20-25, dağ kəndlərinə isə 35-40 sm qalınlığında qar yağıb. Görülən tədbirlər nəticəsində rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsində axsama olmayıb.

Rayonun kommunal təsərrüfat idarəsi aidiyyəti strukturlarla birgə gücləndirilmiş iş rejimində çalışır.

Hündürlüyü 15-20 sm-ə çatan qar Gədəbəydə də problemlərə yol açıb. Daşkəsəndə olduğu kimi qarın ağırlığına tab gətirməyən budaqlar qırılıb, dirəklər aşıb, naqillər sıradan çıxıb. Elektrik təsərrüfatında yaranan çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Meteoroloqlar Qərb bölgəsində hökm sürən qarlı hava şəraitinin dağlıq rayonlarda  oktyabrın 20-nə kimi davam edəcəyini proqnozlaşdırıb. Nisbətən aşağı ərazilərdə isə intensiv yağışların və sulu qarın yağacağı gözlənilir.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sürücülər DİQQƏT: Avtoservislərin fəaliyyəti ilə bağlı yeni qayda - VİDEO
Cəmiyyət 11:40
Sürücülər DİQQƏT: Avtoservislərin fəaliyyəti ilə bağlı yeni qayda - VİDEO
Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO
Cəmiyyət 08:58
Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO
Bakı metrosu zülmətə qərq oldu - VİDEO
Cəmiyyət 05:28
Bakı metrosu zülmətə qərq oldu - VİDEO
Bakıda 1 mənzili 4 nəfərə satdılar - VİDEO
Cəmiyyət 03:31
Bakıda 1 mənzili 4 nəfərə satdılar - VİDEO
Ölkə daxili və ölkə xarici dini turlar+QİYMƏTLƏR - VİDEO
Cəmiyyət 01:15
Ölkə daxili və ölkə xarici dini turlar+QİYMƏTLƏR - VİDEO
“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır - Video
Cəmiyyət 21:34
“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır - Video
Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO
Cəmiyyət 18:48
Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO
Azərbaycanda 12 yaşlı qızın mədəsindən 1 kiloluq tük topası çıxarıldı – VİDEO
Cəmiyyət 16:33
Azərbaycanda 12 yaşlı qızın mədəsindən 1 kiloluq tük topası çıxarıldı – VİDEO
İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO - FOTO
Cəmiyyət 18:30
İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol