• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa BMT TŞ-nin təcili iclasını çağırıb

Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
30.03.2026 23:45

Fransa Livanda BMT-nin Müvəqqəti Qüvvələrinə (BMTMQ) qarşı baş vermiş hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini tələb edib.Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Barro bildirib ki, Fransa martın 29-da BMTMQ mövqelərinin atəşə tutulmasını, bir sülhməramlının həlak olmasını və bir neçə nəfərin yaralanmasını qətiyyətlə pisləyir. O, bu cür hücumların qəbuledilməz və əsassız olduğunu vurğulayıb.

Nazir həmçinin martın 30-da mina partlayışı nəticəsində iki sülhməramlının həlak olması və daha iki nəfərin yaralanması ilə bağlı insidenti, eləcə də BMTMQ-nin Fransa kontingenti ilə baş verən hadisəni pisləyib və hadisələrin bütün təfərrüatlarının araşdırılmasına çağırıb.

Fransa xarici işlər naziri əlavə edib ki, BMT personalının təhlükəsizliyinə qarşı yönəlmiş bu cür hərəkətlər yolverilməzdir və məsələ ilə bağlı narahatlıq İsrailin Parisdəki səfirinin diqqətinə çatdırılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol