• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə hakimi olmaqla bağlı qaydalar dəyişdirilir

Məhkəmə hakimi olmaqla bağlı qaydalar dəyişdirilir
19.10.2016 14:44
Azərbaycanda məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişiklik edilir.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanunun 93 (Hakim vəzifəsinə namizədlərə aid tələblər) və 93-3-cü (Hakim vəzifəsinə namizədlərin seçilməsi) maddələrinə əlavə və dəyişiklik təklif olunur.
 
Maddə 93-ə təklif edilən əlavə və dəyişikliyə görə, "hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş” sözləri çıxarılır, əvəzinə "barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş” sözləri əlavə edilir.
 
Maddə 93-3-ə təklif olunan əlavədə isə bildirilir ki, "Bu qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər”.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol