• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ana və uşaq ölümü xeyli azalıb

Azərbaycanda ana və uşaq ölümü xeyli azalıb
24.10.2016 15:16
Son illər Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəriciləri təsirli dərəcədə azalıb.

ANN.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunan dəyirmi masada çıxış edərkən deyib.

Ə.Əmiraslanovun sözlərinə görə, bu göstəricilərin azalması o demək deyil ki, Azərbaycanda bu sahədə problemlər yoxdur: "Bu problemlər var. Amma dövlət tərəfindən tədbirlərin görülməsi bu problemlərin həllinə gətirib çıxaracaq. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərinə qoyurlar. Bu doğru deyil".

Ə.Əmiraslanov qeyd edib ki, hər bir ölkənin əsas inkişaf göstəricilərindən biri də ana və uşaq ölümü göstəricisidir. Ə.Əmiraslanov deyib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülüb.

Komitə sədri əlavə edib ki, dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşayanların payına düşür: "İnkişaf etmiş ölkələrdə bu göstərici 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Əgər uşaq ölümünün göstəricilərinin coğrafiyasına nəzər salsaq görərik ki, ölkələr arasında böyük fərqlər var. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış 18 min uşaq dünyasını dəyişirdi. Əslində, bu ölümlərə təsir edən tibbi faktorlar var. Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmaniya, malyariya və sairdir. Çox təəssüflə qeyd etmək istərdim ki, uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri ilə bağlıdırsa, 45 faizi qida çatışmazlığı ilə bağlıdır. Şübhəsiz ki, bunlar hamısı çox mürəkkəb məsələlərdir. Bu gün bütün dövlət rəhbərləri bu barədə fikirləşirlər".

Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan danışmaq olmaz: "Bu kimi tədbirlərdə diqqət daha çox problemlərin həllinə yönəldilməli və səylərin birləşdirilməsinə çalışılmalıdır. Parlament bütün istiqamətlərdə qanunlar qəbul etməklə yanaşı, konkret sahələri də tənzimləyən qanunlar qəbul edib. Hazırda səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunverici bazamız mövcuddur".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol