• $
  • €
  • ₽
  • ₺
  • £

Həddindən artıq su içmək ölümə səbəb ola bilər

Həddindən artıq su içmək ölümə səbəb ola bilər
26.10.2016 10:11
Orqanizmin bütün hüceyrələrinin normal fəaliyyəti üçün su lazımdır. 

Kəskin susuzlaşma bir çox ağır pozulmalara yol açır və hətta insanın ölümünə səbəb ola bilər.

Lakin həddindən artıq su içmək də ziyanlıdır. Xüsusilə insan bunu qısa bir müddət ərzində etdikdə.

Amerika alimlərinin tanınmış 8X8 su qəbulu formulu var. Bu o deməkdir ki, gün ərzində 8 dəfə 1 stəkan su içilməlidir. Beləliklə gün ərzində 8 stəkan su alınır. Ancaq bu dəqiq rəqəm deyil. İnsanın bədən çəkisindən, fiziki aktivliyindən, qidalanmasından, havanın temperaturundan və s. amillərdən asılı olaraq bu rəqəm daha az və ya daha çox ola bilər.

Son zamanlar su içmək "dəbə" çevrilib - KİV-i insanlara daha tez-tez və daha çox su içməyi tövsiyə edirlər, su əsasında hətta xüsusi pəhrizlər tərtib olunur və s. Lakin hər şeydə olduğu kimi su içmək kimi faydalı vərdişi ifrata çatdırmaq olmaz. Bu çox təhlükəli ola bilər və su intoksikasiyası kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.

Qısa bir müddət ərzində çoxlu su içən insanın böyrəkləri bu suyu orqanizmdən xaric etməyi çatdırmır ki, nəticədə qanın həcmi artır. Bu isə ürək və damarların həddindən artıq yüklənməsinə, arterial təzyiqin artmasına səbəb olur. Ürək-damar sistemində hər hansı pozulmalar olan insanlar üçün bu xüsusilə təhlükəlidir.

Ürəkdən əlavə böyrəklər də yüklənir və daha gərgin rejimdə işləyir.

Bundan əlavə suyun birdən çoxlu miqdarda qəbulu beyin üçün ziyanlı ola bilər və beyin hüceyrələrinin ödeminə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq həkimlə suyu az-az və tez-tez içməyi tövsiyə edirlər. Hətta güclü susuzluq zamanı birdən çoxlu su içmək olmaz.//Saglamolun.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol