• $
  • €
  • ₽
  • ₺
  • £

Maaşı artırılanların sayı 100 min nəfərə çatdırılacaq - Azərbaycanda

Maaşı artırılanların sayı 100 min nəfərə çatdırılacaq - Azərbaycanda
26.10.2016 11:40
Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. 

Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: "Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar”.

E.Bağırov bildirib ki, 2015-ci ildə keçirilən qiymətləndirmələrdə iştirak etməyən, qiymətləndirmədən keçməyən və eyni zamanda işə yeni qəbul edilən, yaxud iş yerini həmin rayonlara dəyişən, əmək haqqı əvvəlki qaydada ödənilən müəllimlər də bu il keçiriləcək qiymətləndirmədə iştirak edə biləcəklər.
E.Bağırov həmçinin deyib ki, bu ilki qiymətləndirmə də kompüter vasitəsilə, yəni proqram təminatı tətbiq edilməklə keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildə Bakıda, 2015-ci ildə isə ölkənin 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol