• $
  • €
  • ₽
  • ₺
  • £

Qış rejiminə vaxtından əvvəl keçirik?

Qış rejiminə vaxtından əvvəl keçirik?
26.10.2016 12:39
"Havaların kəskin soyuduğu və ya istilərin tez düşdüyü vaxtlarda istilik mövsümü vaxtından əvvəl başlana və vaxtından əvvəl yekunlaşdırıla bilər".

Bunu modern.az-a "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, qanunvercilikdə istilik mövsümü il ərzində 5 ay-noyabrın 15-dən aprel ayının 15-ə kimi, dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub:

"Havaların kəskin soyuması davam edərsə, mənzillərə vaxtından əvvəl istilik verilməsinə baxıla bilər. Bu, qanunvericilikdə öz əksini tapıb. Havalar 10 gün dalbadal kəskin şəkildə soyuq keçərsə, istilik mövsümünün vaxtından əvvəl başlaması mümkün olacaq.

"Azəristiliktəchizat"ın Bakı və regionlarda 550-ə yaxın qazanxana, 92 istilik məntəqəsi var. Hamısı da payız-qış mövsümünə hazır vəziyyətdədir.
 
Mövsümə keçidlə bağlı tələbat olan obyektlər-xəstəxanalar, internat məktəbləri, doğum evləri müraciət etdikcə istilik sistemini işlək vəziyyətə gətiririk, harada ki, əsasən, uşaqlar, qadınlar qalır.

Bu məsələlər əksər büdcə təşkilatları ilə "Azəristiliktəchizat" arasında bağlanan müqavilə ilə tənzimlənir. Bizim qurum həmin təşkilatla il ərzində 5 aylıq müqavilə bağlayır. Çünki onlara büdcədən 5 aylıq limit nəzərdə tutulur. Əgər onlardan hansısa bizə müraciət edirsə, ödənişə təminat verildiyi halda, istilik verilir. Bizə təminat verilməlidir ki, istilik mövsümü vaxtından əvvəl başlayanda ödəniş olacaq. Axı biz qazın, suyun, işığın da pulunu ödməliyik.
 
Ona görə də müraciətlərə fərdi qaydada baxılır.

Qeyd edim ki, ötən il də həmin obyektlər noyabrın əvvəlindən istiliklə təmin olunmuşdu".
 
Qurum rəsmisi eyni zamanda qeyd edib ki, istilik mövsümünün başlaması təkcə "Azəristiliktəchizat"la bağlı deyil:

"Birincisi, istilik sisteminin işə salınması Bakı şəhər icra hakimiyyəti başçısının sərəncamından asılıdır. Bundan başqa həmin 550 qazanxana işə düşəndə paralel olaraq "Azəriqaz"da öz qaz xətlərində tənzimləmə işləri aparmalıdır. "Azərişıq"ın istilik -enerji mərkəzi var, hansı ki, istilik enerjisinin əhəmiyyətli hissəsini onlardan alırıq. Yəni istilik sisteminin işə düşməsi tək "Azəristiliktəchizat"la həllini tapmır".
 
"Azəriqaz"la "Azəristiliktəchizat" arasında yaranan borc məsləsinə gəlincə, R.Əliyev bildirib ki, borc hər gün yaranmaqda davam edir:
 
"Nə qədər ki, hər gün isti su rejimində işləyən qazanxanalarımız var, bunlar işlədikcə borc da artır. Biz bu məsələlərlə bu gün yox, dünən yox, həmişə məşğuluq. Çalışırıq ki, məsələlər öz həllini tapsın".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol