• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərovun oğlu: "Ölsəm belə, atamı görməyə gedəcəm"

Dilqəm Əsgərovun oğlu: "Ölsəm belə, atamı görməyə gedəcəm"
28.10.2016 13:42
Artıq 3 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır.
 
ANN.Az xəbər verir ki, bu haqda Modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeyidliyindən narazılığını ifadə edib:
 
"Uzun müddət ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz”.
 
K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir:

"Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə? bizimkilər imkan versin ki, mən ora gedə bilim.
Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm”.
 
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol