Baş həkim vəzifədən azad olundu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib.
Modern.az-a daxil olan məlumata görə, klinikanın baş həkimi Asiman Həsənov tutduğu vəzifədən öz ərizəsilə azad olunub.
Məlumata görə, baş həkim bəzi səlahiyyətlərinin alınması ilə razılaşmayaraq vəzifədən getməyə qərar verib.
www.ann.az
























