• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim: "Onurğa yırtıqlarının yanlış əməliyyatı şikəstlik yaradır"

Həkim: "Onurğa yırtıqlarının yanlış əməliyyatı şikəstlik yaradır"
29.10.2016 15:15
"Bədəndə yırtıqların əmələ gəlməsinin birinci səbəbi fəqərələrin yerində olmamasıdır. 

Onurğa sütununda fəqərələr düz olmayanda onların arasında olan qığırdaq sıxılır və qabarma əmələ gəlir. Zamanla həmin qabarmadan yırtıqlar əmələ gəlir".

Bunu "Report"a açıqlamasında fizioterapevt Zaur Əliyev deyib.

O bildirib ki, yırtıqların əmələ gəlməməsi üçün həmin fəqərələr vaxtında yerinə oturdurmalıdır: "Fəqərələr düz olanda orqanizmə düşən təzyiq qığırdağı sıxmır və yırtıq əmələ gəlmir".

Həkimin sözlərinə görə, fəqərələrin yerindən tərpənməsinin 3-4 səbəbi olur: "Birincisi, yırtıqlar ağır yük götürməkdən, yıxılmaqdan və qadınların hamiləlik dövründə əmələ gəlir. Yatağın yumuşaq olması da fəqərələrin burulmasına səbəb ola bilər".

Z.Əliyev əlavə edib ki, onurğa sütununun sağlam olması üçün ona qulluq etmək, səhhətdə olan problemləri vaxtında aradan qaldırmaq lazımdır: "Belə olsa yırtıq əmələ gəlməz. Hər bir fəqərinin arasından çıxan cüt sinirlər var. Yırtıq boyunda olanda başda ağrı ola bilər, qol da keyə bilər. Beldə olanda ayaqlarda ağrı əmələ gəlir, yalançı böyrək ağrıları baş qaldırır. Kürək hissəsində olduqda ürək, mədə ağrıları yaranır. Uzun müddət qaldıqda isə təsir etdiyi yerlərdə hissiyyatın itməsinə gətirib çıxarır".

Həkim deyib ki, rentgen vasitəsilə onurğanın vəziyyətini öyrənmək olur. Yırtığı müəyyənləşdirmək üçün isə daha dərin müayinə aparılmalıdır. 

Həkimin sözlərinə görə, 45 faiz yırtıqları əməliyyat etmədən müalicə ilə aradan qaldırmaq mümkündür: "Elə yırtıq var ki, onu əməliyyatsız aradan qaldırmaq mümkündür. Yırtıqların önündə çox zaman qemotoma olur. Həkimlər çox zaman səhv edir və onu yırtıq adı ilə əməliyyat edirlər. Bizə düzgün əməliyyat olmayan çox xəstələr gəlir. Azərbaycanda 7 millimetrə qədər olan yırtıqların əməliyyatına icazə verilmir".

Həkim qeyd edib ki, yırtıq problemi olan xəstə düzgün əməliyyat edilməsə, ömür boyu şikəst də qala bilər. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol