• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın müxbir üzvü vəfat etdi

AMEA-nın müxbir üzvü vəfat etdi
01.11.2016 09:47
 Azərbaycan elminə ağır itki üz verib.

"Report”un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Övsat Abdinov vəfat edib.
Qeyd edək ki, Övsət Bəhram oğlu Abdinov 1944-cü il fevral ayının 23-də Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə edib.

1975-ci ildən indiyə kimi AMEA Fizika İnstitutunun "Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəridir. Uzun müddət Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna şəh., Rusiya) çalışıb. Azərbaycanın müxtəlif universitetlərində (BDU, Neft Akademiyası) pedaqoji fəaliyyət göstərib. Azərbaycan Milli Grid Seqmentinin layihəsinin müəllifidir.

Elmi fəaliyyətinin əsas istiqamətləri yüksək enerjili adron-adron, adron-nüvə və proton – proton toqquşmalarında elementar zərrəciklərin və atom nüvələrinin xassələrinin tədqiqi olub. 

Birləşmiş Nüvə Tədgigatları İnstitutunda Azərbaycanın tamhüquqlu nümayəndəsinin müavini, Birləşmiş Nüvə Tədgigatları İnstitutunun Elmi Şurasının üzvü olub. 1997-ci ildən Avropa Nüvə Tədgigatları Mərkəzinin ATLAS kollaborasiyasında Azərbaycanın koordinatoru, ATLAS kollaborasiyasının üzvü olub.

Xarici və yerli elmi jurnallarda 300-dən artıq dərc edilən məqalənin müəllifi və həmmüəllifi idi. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Allah rəhmət eləsin!

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol