• $
  • €
  • ₽
  • ₺
  • £

Sığortanız olsa da, cərimələnə bilərsiniz - SÜRÜCÜLƏR, DİQQƏT

Sığortanız olsa da, cərimələnə bilərsiniz - SÜRÜCÜLƏR, DİQQƏT
02.11.2016 13:54
Noyabrın 1-dən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinə dair icbari sığorta müqaviləsi online, yəni kağızsız bağlanacaq.

ANN.Az bildirir ki, avtosfer.az bununla bağlı bəzi məqamları sürücülərin diqqətinə çatdırır.
 
İlk növbədə bildirək ki, bu, çox yaxşı addımdır və sürücüləri bir çox problemlərdən uzaq tutacaq. Məsələn, sürücülərin sığortaya görə hansı sığorta şirkətinə üz tutub növbəyə durması, vaxt itirməsi, həmçinin, fırıldaqçı sığorta agentlərinin "toruna" düşməsi halları olmayacaq. Lakin bu yenilik ki, "Yol hərəkəti haqqında" Qanunun tələbləri ilə üst-üstə düşmür. Belə ki, hazırkı qanunun 37-ci maddəsində göstərilir ki, sürücülərin vəzifələrindən biri də avtomobilin icbari sığorta şəhadətnaməsini özündə saxlamalıdır. Yəni, bu o deməkdir ki, sürücü DYP əməkdaşı tərəfindən saxlanıldıqda inspektora təqdim edilməsi lazım olan sənədlər arasında sığorta şəhadətnaməsi də olmalıdır.
 
Bu baxımdan, qanun yolda hərəkət edən sürücüdə kağızda sığorta şəhadətnaməsi olmasını tələb edir. Ona görə də qanuna dəyişiklik olunana qədər sürücülər elektron sığorta müqaviləsini bağladıqdan sonra onu kağızda da çap edib saxlamalıdırlar. Əks halda, yol polisi tərəfindən saxlanılan sürücü sığortası ola-ola 50 manat cərimə oluna bilər. Mümkündür ki, sürücü DYP əməkdaşından sistemdə avtomobilə aid sığortanın olub-olmamasını yoxlamağı məsləhət görsün. Lakin bu halda inspektorun bunu yoxlamaq öhdəliyi yoxdur. Yəni, bu, onun xidməti vəzifəsinə daxil olmayan bir işdir.
 
Həm də, ola bilər ki, bəzi yerlərdə internet olmadığı üçün bunu elektron qaydada yoxlamaq mümkün olmasın. Ona görə də qanuna dəyişiklik edib sığorta şəhadətnaməsinin sürücüdə saxlanılması tələbini çıxarana qədər sürücülər həmin sənədi özlərində saxlamağa borcludurlar. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol