• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakıda metro 1 saat gec bağlanacaq

Bu gün Bakıda metro 1 saat gec bağlanacaq
03.11.2016 14:34
Bakı Metropoliteni "Qəbələ" İdman Klubunun müraciətini cavablandırıb.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qurum bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişinə müsbət reaksiya verib.

Klub bununla əlaqədar Bakı Metropoliteninə təşəkkürünü bildirib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, "Xalqlar Dostluğu” və "Neftçilər” stansiyasının iş rejimi bir günlük dəyişdiriləcək.

"Komanda rəhbərliyi "Qəbələ”nin Bakıda keçiriləcək oyunu ilə əlaqədar azarkeşlərin mənzil başına vaxtında çatması üçün müraciət edib. Biz də onlara müsbət cavab vermişik. Bu məqsədlə biz "Qəbələ” komandasının rəhbərliyi ilə koordinasiyalı işləyəcəyik.

Stansiyaların saat neçəyə qədər işləməsi hələ məlum deyil. Ola bilsin ki, oyundan sonra metroya kütləvi sərnişin axını olsun. Əgər elə olarsa, sərnişinlərin daşınması üçün hər iki stansiya açıq olsun. Əgər saat 01:00-dan sonra da metroya kütləvi sərnişin axını olsa, stansiyalar bağlanmayacaq. Stansiyaların hər ikisi sərnişinləri sona qədər daşımaq üçün açıq olacaq. Digər stansiyalarda isə saat 00:00-da giriş bağlanacaq, çıxış isə açıq olacaq”.

Qeyd edək ki, müraciət "Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena”da (8-ci km stadionu) Fransanın "Sent-Etyen” komandası ilə saat 22:00-da start götürəcək görüşünün gec başa çatacağı ilə əlaqədar ünvanlanıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol