• $
  • €
  • ₽
  • ₺
  • £

DYP: Sahibsiz qalan avtomobillər “metallom”a veriləcək

DYP: Sahibsiz qalan avtomobillər “metallom”a veriləcək
03.11.2016 14:48
"İllərdir Dövlət Yol Polisinin cərimə meydançalarında sahibi tərəfindən atılmış və ya qəzalı vəziyyətdə olan yararlı və yararsız xeyli avtomobil var. Bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, həmin avtomobillər sahibləri tərəfindən hələ də duracaqlardan götürülmür”.

"Report”un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, həmin avtomobillərə görə duracaqlarda sıxlıq yaranır: "Bu da nəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsində problemlər yaradır. Həmin avtomobillərin istismarda olmaması və istismara yararsız olması ilə bağlı əhaliyə edilən müraciətlərin cavabsız qalıb.
 
Dəfələrlə xəbərdarlıq etmişik ki, kimin avtomobili yararlıdırsa gəlib götürə bilər. Yararsız avtomlbil sahiblərinə isə ərizə forması verilir. Əgər avtomobil onlara lazım deyilsə həmin ərihə formasını doldururlar və qeyd edirlər ki, avtomobildən imtina edirlər. Bundan sonra onlar əlavə xərc çəkmədin, maşını harasa aparmadan dövlət tərəfindən həmin avtomobillər çıxdaş ediləcək və "metallom”a təhvil veriləcək. Amma sahiblərində avtomobilin dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməlidirlər və ərizədə göstərməlidirlər ki, avtomobil onların adından çıxsın və çıxdaş edilərək "metallom”a təhvil verilsinlər. Orada elə avtomobillər var ki, uzun illərdir hansısa qəzadan sonra qalıb, təhvil-təslim aktı belə yoxdur. Artıq o maşınların ehtiyyat hissələri də ələ gələn deyil, yararsız vəziyyətdədir. Ona görə, kimsə gəlib avtomobili götürməsə və çıxdaş edilməsi üçün müraciət etməsə, artıq həmin avtomobillərin sahibləri ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcək ki, müvafiq tədbir görülsün və qərar qəbul edilsin”.

K.Əliyev bildirib ki, bəzi avtomobil sahibləri həmin nəqliyyat vasitələrini aparıb öz həyətində saxlamağı təmin edə bilərlər: "Tarif Şurasının qərarına əsasən, cərimə meydançasında minik avtomobillərinin bir günlük saxlanma xərci 1 manatdır. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri öz sahiblərinə verilməsini pulsuz təmin edəcək. Qəzalı və yararsız avtomobillərin cərimə meydançalarında qalmasına görə heç bir ödəniş tələb olunmur. Ona görə də, kimə lazımdırsa gəlib götürsün. Lazım deyilsə, ərizə yazsın ki, imtina edirəm və nömrələri və qeydiyyat şəhadətnaməsini təhvil versin”.

O əlavə edib ki,DYP-nin duracaqlarında qalan maşınlar arasında 15 ili tamam olanlar var.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol