• $
  • €
  • ₽
  • ₺
  • £

Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək

Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək
03.11.2016 16:37
Bakı şəhərinin Nardaran qəsəbəsindəki "Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan etibarən təbii qaz veriləcək.

Bunu "Report”a məscidin axundu Musa Rza bildirib. 

O qeyd edib ki, məscidin qazı 2015-ci ilin dekabrından kəsilib. M.Rza deyib ki, yeni qaydalara görə, məscid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmalı idi: "Biz də qeydiyyatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Müraciətimiz müsbət cavablandırıldı və bu ilin sentyabr ayında məscid qeydiyyata alındı. Sonra texniki şərtlərin alınması üçün ASAN Xidmətə müraciət etdik”.

Onun sözlərinə görə, ASAN Xidmət bu gün texniki şərtləri təqdim edib və həmin texniki şərtlərin alınması ilə bağlı arayış "Azəriqaz"a göndərilib: "İstehsalat Birliyindən sabah qazın verilişinin təmin olunması ilə bağlı məlumat verilib”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin orta illik qaz sərfiyyatı 1 953 kubmetr olduğu halda İstehsalat Birliyi tərəfindən hər bir məbədə illik 5 min kubmetr limitin əvəsiz verilməsi həyata keçirilir: "2016-cı il noyabrın 1-ə olan məlumata əsasən, bu çərçivədə 378 məscid və dini məbədin təbii qazdan əvəzsiz istifadəsi üçün 1 890 000 kub metr limit ayrılıb. SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi insanların dini inanclarından asılı olmayaraq hər bir məbədə hörmətlə yanaşır”.

Qurumun mətbuat xidmətindən bildirilib ki, "Rəhimə xanım ziyarətgahı” məscidinin qazla təmin edilməsi ilə bağlı müraciət təqdim olunandan sonra "Azəriqaz" məscidin tez bir zamanda təbii qazla təmin olunması üçün bütün köməkliyi göstərəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol