• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İdarəsindən məktəb direktorlarına XƏBƏRDARLIQ

Təhsil İdarəsindən məktəb direktorlarına XƏBƏRDARLIQ
03.11.2016 17:21
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı bəzi məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına münasibət bildirib.

"Report"un xəbərinə görə, idarənin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, qurumun belə hallara mövqeyi birmənalıdır, çünki valideynlərdən heç bir ad altında pul yığılmamalıdır: "BŞTİ tərəfindən direktorlara bununla bağlı tapşırıqlar verilib və bundan sonra da veriləcək. Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir".
 
M.Vəliyeva eyni zamanda, son dövrlər məktəblərdə müəllimlərin şagirdləri döyməsi faktlarına da toxunub.
 
Onun sözlərinə görə, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır: "Təhsil naziri Mikayıl Cabbarov 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalayıb. Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsi ilə bağlıdır. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir.
 
Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla qaydalara riayət edilməsi ilə əlaqəli mütəmadi söhbət edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır. Bu gün və gələcəkdə orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol