• $
  • €
  • ₽
  • ₺
  • £

Ana bətnində dölə qan köçürülüb - Azərbaycanda İLK DƏFƏ

Ana bətnində dölə qan köçürülüb - Azərbaycanda İLK DƏFƏ
04.11.2016 16:54
Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ana bətnində dölə qan köçürülüb.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib:
 
"Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsasında yaranır. Bundan başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də deyilib".

T.Canbaxışov qeyd edib ki, eyni simptomları onlar da müşahidə ediblər:

"Biz müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik”.

T. Canbaxışov bildirib ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır:
 
"Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Biz dölə yeni xüsusi qaydada yeni hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındaki hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hal hazırda dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik”.
 
Kamil ƏMİRLİ

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol