• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Çinin müasir tarixinə həsr olunmuş elmi seminar

ADU-da Çinin müasir tarixinə həsr olunmuş elmi seminar
08.11.2016 15:18
Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin inqilabçı demokratı Sun Yatsenin 150-ci ildönümünə həsr olunan "Çində Sinxay inqilabı” adlı elmi seminar keçirildi.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Sun Yatsenin siyasi fikirləri haqqında danışdı, onun beş hökumət konstitusiyası və üç xalq prinsipindən söz açdı. O, eyni zamanda Sun Yatsenin Çin xalqının birliyində əvəzolunmaz rolundan bəhs etdi.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi seminarda Çin xalqının azadlığı, həmçinin müstəqilliyi uğrunda siyasi fəaliyyət göstərən Sun Yatsenin müvəqqəti prezident vəzifəsində olduğu dövrdə Nankin hökumətinin fəaliyyəti, Sinxay inqilabının əsas mərhələləri və onun hərəkət qüvvələri haqqında fikirlər səsləndirildi.

Sonda Çin Xalq Respublikasının quruluşunun tarixindən bəhs edən "Sonuncu imperiyanın süqutu” adlı film nümayiş olundu.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol