• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyarətə gedənlərin nəzərinə - Qiymətlər qalxır

Ziyarətə gedənlərin nəzərinə - Qiymətlər qalxır
12.11.2016 11:11
Hazırda bütün dünya qlobal iqtisadi böhranın təsirləri altındadır. Bu məqamda Səudiyyə Ərəbistanın büdcəsində yaranan kəsirləri ziyarət və viza qiymətlərinin qalxması ilə dolduracağı istisna edilmir. 

Xüsusilə neftin qiymətlərinin enməsi buna birbaşa təsir edən amillərdəndir. Bir çox ekspertlər qiymətlərin qalxmasından sonra Həcc ziyarətinə gedənlərin sayının kəskin azalacağını da bildirir.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov modern.az-a açıqlama verib. 

QMİ rəsmisi qiymət artımı ilə bağlı müzakirələrin əbəs olmadığını bildirib:

"Məndə olan məlumata görə, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün müəyyən olunan qiymətləri 500 dollar bahalaşdırıb. Bu üzdən də Həcc ziyarətinin də qiymətinin bahalaşacağı gözləniləndir. Hər halda indidən konkret nə isə demək çətindir. Buna görə bir qədər gözləmək lazımdır”.

QMİ-nin məlumatına görə, 2016-cı ildə Həcc ziyarətlərinin qiyməti gündə iki dəfə yemək verilən və komfortu az olan hotellərdə qalanlar üçün 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyənlər üçün isə 4500 dollar təşkil edib.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedib. Onlardan 60%-i kişi, 40%-i qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.

2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Builki limit ötənilkindən az - 1500 nəfər planlaşdırılmışdı. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol