• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sürüşmə sahələri yaranıb - Azərbaycanda TƏHLÜKƏ

Yeni sürüşmə sahələri yaranıb - Azərbaycanda TƏHLÜKƏ
14.11.2016 16:15
Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Trend-ə deyib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, cənub bölgəsində - Lənkəran, Yardımlı, Lerik rayonlarındakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Burada eyni zamanda, yeni, lokal xarakterli sürüşmə və oturmalara (sürüşmə prosesinin ilkin əlaməti) da rast gəlinir.

S.Əmiraslanovun sözlərinə görə, əsasən, Lənkəran çayının sağ və sol sahilində yerləşən kəndlərdə lokal tipli sürüşmələr müşahidə olunur.

Nazirlik rəsmisi əlavə edib ki, atmosfer yağıntılarının normadan artıq düşməsi nəticəsində Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bundan başqa, Şamaxı rayonun Mədrəsə kəndində yeni sürüşmə sahəsi əmələ gəlib, kənd ərazisindəki yol sıradan çıxıb:
 
"Eyni zamanda Cabanı kəndi ərazisində buna bənzər proses müşahidə edilib. Çuxuryurd gölünün səviyyəsinin artması ilə əlaqədar kəndə gedən yolda sürüşmə qeydə alınıb”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol