• $
  • €
  • ₽
  • ₺
  • £

İstinad divarı uçan məktəbdə uçqun təhlükəsi varmı? - RƏSMİ

İstinad divarı uçan məktəbdə uçqun təhlükəsi varmı? - RƏSMİ
15.11.2016 15:33
Binəqədi rayonunda 205 saylı orta məktəbin həyətində istinad divarının uçmasından sonra uçqun prosesi məktəb binasına doğru irəliləməyib və təhsil müəssisəsi ilə bağlı hər hansı problem yaranmayıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, məktəbdən 25-30 metr kənarda yerləşən, uzunluğu 70-80, hündürlüyü 2,5 metr olan istinad divarı uçub: "Amma bu, məktəb üçün problem yaratmayıb. Çünki istinad divarının arxasındakı uçan, yəni atmosfer yağıntılarından doyan həmin hissə tökmə torpaq qatı olan qruntdur. Həmin yer də nəmliyə meyillidir, qalan hissə isə köklü süxurlardır. Güman edirəm ki, orada uçqun prosesinin baş verməsi mümkün deyil”.

R.Həsənov əlavə edib ki, istinad divarının uçmasına səbəb atmosfer yağıntıları nəticəsində həmin divarın arxasındakı tökmə torpaq qatının nəm kütlə halına gələrək divara təzyiq göstərməsi olub.

R.Həsənov bildirib ki, aparılan son monitorinqlərin nəticələrinə görə, əsasən atmosfer yağıntılarının təsirindən Bakı və Abşeron yarımadasındakı bir çox sürüşmə sahələrində aktivləşmə müşahidə edilib, Masazırda - Mirzə İbrahimov küçəsində uçqun prosesi baş verib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol