Bakıda yataqxana yanır - sakinlər təxliyə olunur

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.
ANN.Az Trend-ə istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.
Hadisə nəticəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan yoxdur.
www.ann.az
























