• $
  • €
  • ₽
  • ₺
  • £

Öz dəsti-xətti ilə seçilən xadim, böyük alim - MƏQALƏ

Öz dəsti-xətti ilə seçilən xadim, böyük alim - MƏQALƏ
22.11.2016 10:50
Uzun müddət sənaye naziri olan, respublikanın quraşdırma sənayesinin əsaslarını qoyan, böyük alim, görkəmli xadim mərhum Telman Məmməd oğlu Kazımovun mənalı keçən ömür yolu digərlərindən bir çox üstünlükləri ilə seçilib.

O, ölkəmizin tikinti kompleksində yüksək təşkilatçılıq qabiliyyəti, insani ləyaqəti ilə böyük və sönməz nüfuz, ehtiram qazanıb, adi mühəndislikdən nazir vəzifəsinədək yüksəlib, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə çoxlarına örnək, təkcə Azərbaycanda deyil, həm də respublikadan kənarda adı hörmətlə çəkilən şəxslərdən olub.
Telman Kazımov uzun illər "Azqur” Açıq Səhimdar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərərək Azərbaycanın sosial-iqtisadi inkişafında öz dəsti-xətti ilə seçilən, ömrünün 50 ilindən çoxunu quraşdırma sənayesinə xidmət edən, tanınmış mütəxəssislərdən biri olub.

Telman Məmməd oğlu Kazımov 1937-ci ildə Lənkəranda anadan olub, orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat mühəndisliyi fakültəsinə qəbul olub və bu fakültəni bitirərək, respublika tarixində ilk dəfə bu institutda yaradılan, "İstilik-qaz təchizatı və ventilyasiyası” ixtisası üzrə mütəxəssis peşəsinə yiyələnib. Onun atası Məmməd Kazımov 35 il Lənkəran rayonunun "Avrora” sovxozunun direktoru işləyib.

Ali məktəbi bitirən gənc mühəndis Telman Kazımov təyinatla əsas idarəsi Rostovda yerləşən SSRİ quraşdırma və xüsusi tikinti işləri sistemində ən nüfuzlu təşkilat sayılan "Qovsantexmontaj”ın BMU kimi tanınan idarəsinə işə göndərilib. Bir müddət sonra onu daha cavabdehli sahə olan BMU-nun Abşeron MSD-sinə rəis vəzifəsinə təyin ediblər. Az bir zamanda bu idarədə böyük nizam-intizam yaradan və işlərin keyfiyyətini yüksəldən T.Kazımov respublikada tanınmağa başlayıb.

1976-cı ildə Xüsusi Tikinti Quraşdırma İdarəsinin baş direktoru vəzifəsinə təyin olunduqdan sonra onun rəhbərliyi ilə Gəncə, Sumqayıt və Bakıda xalq təsərrüfatının inkişafı üçün çox mühüm obyektlər tikilib. Bunlardan Gəncədə Alüminium Zavodu, Sumqayıtda Sintez Kauçuk Zavodunda "EP-300” qurğusu, Bakıda Dərin Özüllər Zavodu, "Azəryanacaq” Zavodu və onlarca başqa müəssisələrdir. Bu müəssisələrdən bütün quraşdırma işlərini də T.Kazımovun rəhbərlik etdiyi nəhəng müəssisə böyük uğurla yerinə yetirib. Artıq bu təşkilat respublika rəhbəri Heydər Əliyevin əmri ilə Tikinti Quraşdırma Nazirliyinə çevrilib və onun baş direktoru da nazir işləyirdi. Bundan sonra Azərbaycanda kimya sənayesinin tikintisində, neft maşınqayırma və neft emalı zavodlarının, Xudat, Lənkəran konserv zavodlarının ucaldılmasında, eləcə də başqa sosial obyektlərin tikilməsində T.Kazımovun rəhbərlik etdiyi nazirliyin əvəzsiz xidmətləri olub.

Azərbaycan müstəqillik qazanandan sonra isə onun rəhbərlik etdiyi nazirlik "Azqur” Səhmdar Cəmiyyətinə çevrilib və bu təşkilatın tərkibində 47 quraşdırma idarəsi, 12 mindən çox işçi, o cümlədən, 1150 mühəndis-texnik fəaliyyət göstərərək 25 il müddətində respublikada neft-kimya ilə bağlı bütün işlərdə quraşdırma işlərini görüb. Bunlardan Bakı-Tiflis-Ceyhan Neft kəməri, Neft Emalı Zavodunda quraşdırma işləri, Novorossiysk neft kəmərindəki işlər, Səngəçal terminalındakı quraşdırma işləri, iri maşınqayırma müəssisələri, Gəncə, Naxçıvan, Şirvan, İmişli, Yevlax, Şəki, Xaçmazda və digər bölgələrdə sosial-mədəni obyektlər, şərab emalı zavodları, konserv kombinatlarının quraşdırılması, eləcə də onlarca belə işlər T.Kazımovun əməyinin məhsuludur.

O, bütün bu xidmətlərinə görə Azərbaycanın Əməkdar inşaatçısı fəxri adına layiq görülüb, Beynəlxalq Mühəndis Akademiyasının müxbir üzvü, Azərbaycan SSRİ Ali Sovetinin 10 və 11-ci çağırışlarının deputatı seçilib. O, həmçinin, "Qırmızı əmək bayrağı”, "Xalqlar dostluğu” ordenləri və "Rəşadətli əməyə görə” medalı ilə təltif olunub. Haqqında bir neçə kitab, yüzlərlə məqalə, oçerklər yazılıb.

Xatırladaq ki, Telman Kazımov 2016-cı ildə 79 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol