• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq

Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq
24.11.2016 17:14
Hazırda Günəşin səthində 11 ləkə və 1 fəallıq qrupu (ləkələr toplusu – AR) müşahidə olunur. 
 
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, diskin kənarına yaxın yerləşən aktiv region - AR 2612 mürəkkəb maqnit konfiqurasiyasına malik olsa da, güclü alışmanın baş vermə ehtimalı çox aşağıdır.
 
Onun sözlərinə görə, bir azdan bu aktiv region Günəşin fırlanması səbəbindən görünən diskin mərkəzinə keçəcək və o, "geoeffektiv” olacaq:
 
"Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur) və bu, artıq G1 səviyyəli geomaqnit qasırğası deməkdir. Bu gün və sabah geomaqnit həyəcanlanmasının yuxarı səviyyədə qalacağı gözlənilir. Səbəb isə Günəş səthində yeni formalaşmış iri "tac dəliyi”dir. "Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, Yer maqnitosferini həyəcanlaşdırır və geomaqnit qasırğalarına səbəb ola bilir”.
 
E.Babayev vurğulayıb ki, bu günlərdə insanlara daha çox təsir edəcək faktorlar atmosfer təzyiqinin (778 mm c.s.) və temperaturun kəskin dəyişmələri və kosmik havanın şıltaqlığıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol