İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO - FOTO

Dünyanın ən məşhur internet axtarış sistemi olan Google.com-a daxil olarkən bir səhviniz sizə baha başa gələ bilər.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Google.com əvəzinə yanlışlıqla ɢoogle.com-a girsəniz, bir hərf səhvi ciddi problemlə nəticələnər.
Yeni ortaya çıxan ɢoogle.com adlı sayt, bildiyimiz Google.com (ya da google.com) deyil. Onun adının birinci hərfi G şəklində yazılan böyük hərfin kiçik ölçüdə yazıldığı bir "unicode" ilə ayarlanıb.
Əslində ɢoogle.com-a girdiyinizdə spam olunmuş bir sayt açır. Açıldığında klassik bir Google səhifəsi yerinə tam fərqli bir görünüşə sahib olan ɢoogle.com görünür.

Google istifadəçilərinə XƏBƏRDARLIQ
ɢoogle.com-a daxil olmanız kompüterinizdə hər hansı problemlərə yol aça bilər! Bu mənada xüsusilə kompüterdən istifadəni bilməyən şəxsləri, ya da yeni istifadə etməyə başlayanları xəbərdar etmək üzləşiləcək problemdən ən əhəmiyyətli bir çıxış yolu ola bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 