• $
  • €
  • ₽
  • ₺
  • £

Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə elan edildi

Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə elan edildi
02.12.2016 13:30
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a  verilən məlumata görə, Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərəcək.

BŞTİ Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. Müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 23 dekabr 2016-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol